Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məzahir Əfəndiyev: "Sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq"



Newscenter.az.4.06.2020. Covid-19 pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardicil tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin “Biz Birlikdə Güclüyük” çağırışına qoşulması, vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olmuşdur. Xüsusi ilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını almışdır. Lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri etmişdir. Hazırlanmış yeni qərara əsasən həftə sonunu tam qapanma qərara alınmış və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunmuşdur.

Ölkə rəhbəri İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq.

Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram.

Azərbaycan vətəndaşlarına, seçicilərimə, bacı və qardaşlarıma bir daha müraciət edərək həftə sonları evdən çölə çıxmamalarını tövsiyyə edir və ölkəmizin başı üzərində olan qara buludların tezliklə dağılacağına inanıram.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş