Newscenter.az.7.06.2020. Saatlı rayonunda taxıl biçini davam edir. Respublika üzrə arpa sahələrində ən yüksək məhsuldarlıq bu rayonun payına düşür.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynova istinadən xəbər verir ki, bugünədək rayon üzrə 5254,5 hektar arpa sahəsinin 2730 hektarında biçin başa çatıb.
Sahələrdən 10337,3 ton arpa yığılıb ki, bu da orta məhsuldarlığın 37,9 sentner olması deməkdir.
Arpa biçininə 60 kombayn cəlb olunub. Bunlardan 35-i "Aqrolizinq" ASC-nin, 25-i isə fərdi mülkiyyətçilərin balansında olan kombaynlardır.
Ümumilikdə Saatlı rayonunda 22986 hektar sahədə taxıl əkini aparılıb. Sahələrin 17731,5 hektarında buğda, 5254,5 hektarında arpa əkilib. Buğda sahələrində kütləvi biçinə iyulun ikinci yarısında başlanacağı gözlənilir.
Orxan