Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov: "Polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir"



Newscenter.az.8.06.2020
. “Artıq neçə aylardır koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə karantin rejimi elan olunub. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş verməsinə səbəb oldu. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son iki gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyuldu”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Anar Məmmədov deyib ki, belə həssas günlərdə həkimlərlə yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayişin qorunması üçün şərəflə öz vəzifə borclarını yerinə yetiriblər:

“Lakin çox təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri, ayrı-ayrı şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. . Təbii ki bütün bunlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Amma həmin qüvvələr onu anlamalıdırlar ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir”.

Anar Məmmədov deyib ki, bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin - amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçib:

“Mən təbii ki Daxili İşlər Nazirliyi orqanları sistemində hər şeyin tam ideal vəziyyətə gəldiyini, heç bir problemin olmadığını iddia etmək fikrindən uzağam. Olsun ki, bu sistemdə öz məsuliyyətini lazımınca anlamayan, vətəndaşla kobud davranan, rüşvət tələb edən, cinayət hallarına qarşı mübarizədə qeyri - peşəkarlıq göstərən insanlar da var. Amma əsas odur ki, bu cür hallara qarşı çox sərt mübarizə aparılır, diqqətə çatdırılan problemlər dinlənilir, nəticə çıxarılır, nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür, vətəndaşların polisə etimadının daha da gücləndirilməsi üçün həllər tapılır. Azərbaycan polisi bizim həyatımızı qoruyur. Biz də öz polisimizin şərəfi, ləyaqəti, məsuliyyəti ilə doğrultduğu adını qoruyaq. Polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keşiyindədir. Ona görə də, biz vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”.

Mrhman
Xəbəri paylaş