Newscenter.az.8.06.2020. Milli Məclisin deputatı Kamal Cəfərov karantin rejim qaydalarının şərtlərinə əməl etməklə, Sabirabad şəhərində 32 sakinlə görüş keçirib və onları narahat edən məsələləri dinləyib.
Newscenter.az millət vəkilinin deputat qərargahına istinadən xəbər verir ki, qəbula gələn vətəndaşların müraciəti əsasən infrastruktur, məşğulluq və sosial müdafiə və digər digər məsələlərlə bağlı olub.
Deputat K.Cəfərov hər bir vətəndaşın probleminin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Anar