Newscenter.az.9.06.2020. "Bu gün bir çox dünya ölkələri pandemiya bəlası ilə üz-üzə qalıb. Bəşər övladı çox ciddi sınaq qarşısındadır. Bütün dövlətlər bu imtahandan üzüağ çıxmağa çalışırlar. Azərbaycan ilk gündən pandemiyaya ilə mübarizə sahəsində operativ və adekvat qərarlar qəbul etdi".
Newscenter.az xəbər verir ki, belə bir açıqılama ilə çıxış edən millət vəkili Ceyhun Məmmədov deyib ki, son vaxtlar Azərbaycanın bir çox dövlət qurumları gərgin rejimdə fəaliyyət göstərirlər: "Onlar arasında elələri var ki, aylardır nə gecələri var nə də gündüzləri. Neçə vaxtdır ailələri və övladları ilə kifayət qədər vaxt keçirə bilmirlər. Bunun nə qədər çətin olduğunu təsəvvür edirsinizmi?. Bu dövlət qurumları arasında ən çox əziyyət çəkən, ağır yük daşıyan orqanlardan biri Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Dünənki hadisədən sonra Əksəriyyət polisi qınayan çıxışlar etdi, bəziləri həqarət yağdırdı".
Millət vəkili onu da deyib ki, bütün məsələlər dövlətin diqqətindədir:
"Dövlət hər bir məsələni araşdıracaq və lazım olan qərarları qəbul edəcək. Sualım isə belədir. Polisə zibil atanları qınayan çox oldu yoxsa dünən baş verənləri? Polsiə zibil atanları qınayan neçə status paylaşıldı? Bu gün polisi şiddətlə qınayan status yazan, konstitusiyaya və qanunlara istinad edən həmin insanlar polisə zibil və daş atanları qınayan status paylaşmışdımı? Bir sıra hallarda polisin bu qədər hədəfə alınmasında məqsəd nədir? Bu gün hamımızın gözü qabağında bir sıra Qərb ölkələrində hüquq mühafizə orqanlarının insanlarla neçə davrandığını görürük. İnsanları döyür, gözünü çıxarır, üzərlərinə avtomobil sürür, qətlə yetirilirlər. Azərbaycan polisi isə ilk gündən insanlarla xoş rəftar etdi, maksimum səbr və nəzakət nümayiş etdirdi. Bu bir neçə gündə Azərbaycan polisini yaxını dünyasını dəyişən insanı həmin yerə aparan, ana olmağa hazırlaşan xanıma dəstək olan, quşlara və heyvanlara yem yedizdirən, çörəyi olmayana çörək alan gördük. Bunu edən Azərbaycan polisi deyildimi?".
Ceyhun Məmmədov bildirib ki, demokratik və sivil bir cəmiyyətdə yaşayırıq. Hər kəs fikrini sərbəst bildirməkdə azaddır:
"Ancaq biz dövlətçiliyi müdafiə etməli, dövlətin yanında olmalıyıq. İnsanların polisə daş və zibil atması bütün hallarda yol verilməzdir.
Müəyyən qüvvələrin bu hadisələri görükləməkdə və insanları qızışdırmaqda məqdədi isə dövlətçiliyi zəiflətməkdir. Hər birimiz diqqətli olmalıyıq. Bu gün bizə həmrəylik və birlik lazımdır. Polis də, müəllim də, həkim də bizimdir, düşmən deyil, sahib çıxmalıyıq.
Məsuliyyət daşımadan bəyanat vermək, tənqid etmək, qərarlar çıxarmaq çox asanadır. Dövlət qurumlarının hansısa qərarına və davranışına fərqli yanşma ola bilər. Ancaq bunun kinə və nifrətə yönləndiriılməsi yolverilməzdir".
Anar