Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobuslarda kondsionerlər nə vaxt işləyəcək?



Newscenter.az.10.06.2020
. Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır.

Newscenter.azın BNA-ya istinadən verdiyi xəbərə görə, həmçinin, bildirilirk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.

Buna qədər isə avtobuslarda pencərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib.

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.

Anar
Xəbəri paylaş