Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə 34.574 zəng daxil olub



Newscenter.az.10.06.2020. Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində 34.574 zəng daxil olub. Onlardan 31.470-i Azərbaycan dilində, 2894-ü rus dilində, 210-u isə ingilis dilində cavablandırılıb.

Newscenter.az-a Xidmətdən verilən xəbərə görə, qəbul edilən zənglərin 18172-si müvəqqəti olma müddətinin uzadılması, 7815-i müvəqqəti yaşama icazəsi, 1544-ü iş icazəsi, 563-ü daimi yaşama icazəsi, 403-ü vətəndaşlıq məsələləri, 63-ü olduğu yer üzrə qeydiyyat, 5635-i isə digər məsələlərlə bağlı olub.

Mehman
Xəbəri paylaş