Newscenter.az.12.06.2020. 2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.
Bu barədə məlumat Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. Bildirilib ki, 2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
R.Mehdiyeva