Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçiciləri ilə canlı və onlayn görüş keçirib-FOTOLAR



Newscenter.az.12.06.2020. Milli Məclisin deputatı Könül Nurullayeva karantin rejimi qaydaları və sanitar-gigiyenik normalara əməl edilməklə növbəti dəfə Deputat Qərargahında canlı görüş və onlayn qəbul formatında 16 nəfərin müraciətini dinləyib. Newscenter.az-a millət vəkili bildirib ki, seçici müraciətləri müvafiq tədbirlər görülməsi üçün icraata götürülüb.

Könül Nurullayeva qeyd edib ki, qərargahda yaradılan İşçi Qrup daxil olan bütün müraciətlərə operativ reaksiya verərək onların araşdırılması, cavablandırılması, mövcud problemlərin qısa zaman çərçivəsində həll edilməsi istiqamətində işlər görür və mən də öz növbəmdə bu məsələlərdə vətəndaş və müvafiq strukturlar arasındakı koordinasiyanın qurulmasına yardım edir, maksimum dəstək nümayiş etdirir:

“Məlumat üçün bildirim ki, qəbulda Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da iştirak edib. Bir daha qeyd etmək istərdim ki, vətəndaşları narahat edən problemlərin zamanında aidiyyəti qurumlara yönləndirilməsi və onların həll edilməsi istiqamətində göstərdiyimiz təşəbbüslər bizim əsas vəzifələrimizdən biridir”. Könül Nurullayerva deyib ki, növbəti görüş iyunun 24-də baş tutacaq.

Anar
Xəbəri paylaş