Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayevanın ünvanına 3 ay ərzində 863 müraciət daxil olub

 Deputat Könül Nurullayevanın ünvanına 3 ay ərzində 863  müraciət daxil olub


Newscenter.az.13.06.2020. VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən 3 ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863 müraciət daxil olub.

Newscenter.az-a Könül Nurullayevanın deputat qərargahından bildirilib ki, onlardan 469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə yazılı ərizə formasında ünvanlanıb.

Daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşların əsas problemi işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər və s. məsələlərlə bağlıdır.

Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. Müraciətlərin 5-i Mərkəzi İcra Hakimiyyəti orqanlarına, 9-u Yerli İcra hakimiyyəti orqanlarına, 2-i Azərsu ASC və Azərişıq ASC-yə, 4-ü digər qurumlara göndərilib, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilib, 16 müraciət isə icra mərhələsindədir.

Anar
Xəbəri paylaş