Newscenter.az.14.06.2020. “Bir müddət bundan əvvəl ermənilərin Qubadlı və Cəbrayıldan keçməklə Qarabağa yol çəkmək planı barədə məlumat yayılmışdı. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsini pisləyən bəyanat yaydılar. Sənəddə diqqəti çəkən məqamlardan biri Qubadlı və Cəbrayılın adlarının xüsusi qeyd edilməsidir”.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Ceyhun Məmmədov deyib ki, bəyanat ermənilər tərəfindən hiddətlə qarşılanıb:
“Ermənistanın sabiq prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan rəhbərlik etdiyi siyasi təşkilatın üzv olduğu Avropa Xalq Partiyasının prezidentinə etiraz məktubu göndərib. Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdiyan bəyanatı ölkəsinin parlament diplomatiyasının tamamilə iflasa uğraması kimi dəyərləndirib və sənədin Ermənistanın milli təhlükəsizliyini ciddi təhdid etdiyini bildirib. Eyni reaksiyanı Ermənistan-Avropa İttifaqı parlament əməkdaşlığı komitəsi, separatçı rejimin təmsilçiləri, erməni siyasətçiləri və ekspertləri də veriblər. Ermənistanın kütləvi informasiya vasitələri bu bəyanatla bağlı yayımladıqları bütün xəbərlərdə sənədin “sensassiya” olduğunu bildiriblər”. Sənəd Azərbyacanın Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla tənzimlənməsində növbəti uğurudur. Bu məlumat daha geniş təbliğ olunmalı və ictimailləşdirilməlidir”.
Mehman