Newscenter.az.14.06.2020. Milli Məclisin deputatı Jalə Əliyeva seçicilərinin növbəti online qəbulunu keçirib.
Newscenter.az-a Jalə Əliyevanın Deputat Qərargahından bildirilib ki, görüşdə seçiciləri narahat edən məsələlər dinlənilib, pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib.
Deputat vətəndaşların problemlərini dinləməklə yanaşı, onları bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi yenə də dövlətə həmrəylik nümayiş etdirməyə çağırıb.
Anar