Bakıda 57 yaşlı kişi bıçaqlandı
Tarix: 23-06-2020, 09:00
Newscenter.az.23.06.2020. Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Yunus oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.