Newscenter.az.23.06.2020. Mart ayı ərzində deputat Soltan Məmmədov tərəfindən 24 vətəndaş müraciəti qəbul olunub. Newscenter.az xəbər verir ki, 14 müraciət bilavasitə vətəndaşla görüşdə, digər müraciətlər isə sosial şəbəkələr vasitəsilə onlayn qəbul edilib.
Mart ayı ərzində daxil olan müraciətlərdən 12-si sosial xarakterli, 6-sı səhiyyə, 3-ü kommunal, 2-si şəxsi, 1-i təhsillə bağlı olub.
Sosial xarakterli müraciətlərdən 2-si həll edilib, 5- müraciətlə bağlı vətəndaşlara müvafiq tövsiyələr verilib (hansı qurumlara necə müraciət etmələrinin zəruriliyi ilə bağlı), 3 müraciətlə əlaqədar müvafiq qurumlara müraciət olunub, 2 müraciətin deputatın səlahiyyətinə aid olmadığı izah edilib.
Səhiyyə ilə bağlı müraciətlərdən 3-ü həll edilib, digərlərinin həlli ilə bağlı iş aparılır.
Kommunal problemlərin həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılıb, şəxsi və təhsil sahəsində problemlərlə bağlı vətəndaşlara müvafiq izahat və tövsiyələr verilib.
Aprel-may ayları ərzində sosial, səhiyyə və kommunal xarakterli 19 vətəndaş müraciətinin 4-ü birbaşa özləri ilə görüşdə qəbul edilib, 1 müraciət seçici tərəfindən məktubla göndərilib, 14 müraciət isə onlayn qaydada (vatsap və facebook sosial şəbəkəsi vasitəsilə) qəbul edilib. Müraciətlərin 14-ü sosial, 3-ü səhiyyə, 2-si rabitə (telefon xəttinin çəkilməsi) təminatı ilə bağlı bağlı olub.
Ümumilikdə mart, aprel və may ayları ərzində 1181 ərzaq yardımı, 26 sosial, 9 səhiyyə, 3 kommunal, 5 digər sahələrə aid müraciət qəbul edilib.
Anar