Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Silahlı Qüvvələr Günü gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək



Newscenter.az.23.06.2020. Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə məlumat Newscenter.az-a Dövlət Gömrük Komitəsindən daxil olub.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Zaur
Xəbəri paylaş