Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib



Newscenter.az.24.06.2020. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumata görə, istismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə), 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.
Xəbəri paylaş