Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Televiziyalarda dil normalarının pozulması hallarına diqqət artacaq

Televiziyalarda dil normalarının pozulması hallarına diqqət artacaq


Newscenter.az.24.06.2020. “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapmasını müsbət addım kimi dəyərləndirirəm. Bu qərar xüsusən də televiziyalarda dil normalarının pozulması hallarına diqqətin artmasına gətirib çıxaracaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib:

“Bildiyimiz kimi bu qanuna əsasən, bundan sonra KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək”. Partiya sədrinin sözlərinə görə, bəziləri hesab edir ki, cərimə üsulu bu məsələdə elə ciddi nəticə verməyəcək: “Bunu deyənlər əsas etibarilə daha çox maarifləndirmə-təbliğat işlərinə üstünlük verən şəxslərdir. Ancaq mən belə düşünmürəm. Əlbəttə, cərimələrin məbləği məsələsində müəyyən mənada mübahisə etmək olar. Kimsə bu cərimələrin məbləğinin az və ya çox olduğunu mübahisələndirə bilər. Amma ümumən cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq. Dünya təcrübəsi də bunu göstərir. Lakin cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar”.

Anar
Xəbəri paylaş