Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü



Newscenter.az.25.06.2020. "Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: "Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir".
Xəbəri paylaş