Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı



Newscenter.az.25.06.2020. Bakıda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş