Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky və AVL Software and Functions GmbH avtomobillər üçün təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib



Newscenter.az.29.06.2020. Kaspersky və AVL Software and Functions GmbH şirkəti avtomobili avtomobillər üçün KasperskyOS əməliyyat sistemi əsasında ilk elektron idarəetmə blokunu hazırlayıblar. Bu həll, nəqliyyat vasitəsinin sisteminə hər hansı bir icazəsiz müdaxiləni aradan qaldırır. Öz növbəsində, müxtəlif avtomobil komponentlərinin rabitə və qarşılıqlı əlaqə ssenariləri Kaspersky Security System mühərrikinin köməyilə tənzimlənir ki, bu da proseslərin ciddi şəkildə təcrid edilməsini və təhlükəsizlik siyasətində nəzərdə tutulmayan hərəkətləri standartart olaraq blok edir.

Getdikcə daha çox qlobal avtomobil istehsalçısı avtomobil idarəsinin avtomatlaşdırılması texnologiyalarına meyl edirlər, bununla yanaşı, sürücülərin fiziki təhlükəsizliyinə təhdid yaradan hər hansı bir problemi vaxtında aradan qaldırmaq üçün mövcud idarəetmə bloklarındakı çatışmazlıqları düzəltmək, proqram təminatını daim izləmək lazımdır. Çox vaxt təcavüzkarlar işlək avtomobillərə hücum edir və koddakı səhvlərdən istifadə edirlər. Nəqliyyat ekosistemlərini qorumaq üçün, informasiya təhlükəsizliyi mexanizmlərinin artıq istehsal mərhələsində tətbiq olunduğu tamamilə yeni kompleks bir yanaşma tələb olunur.

Newscenter.az xəbər verir ki, Kaspersky və AVL tərəfindən hazırlanmış idarəetmə bloku, sürücü yardımı sisteminin (ADAS) bir hissəsidir və prototip hazırlanması və kütləvi istehsal üçün çevik ayarlana bilən bir platformadır. O, iki ədəd güclü tək çipli prosessor və təhlükəsizlik nəzarəti cihazı ilə təchiz olunmuşdur, ona çox sayda cihaz qoşula bilər: kamera, LIDAR texnologiyası və digər komponentlər. Apparat platforması CAN (Controller Area Network) və Ethernet standartlarını dəstəkləyir. KasperskyOS, ADAS komponentlərinin etibarlı qarşılıqlı əlaqəsini təmin edir, həmçinin idarəetməyə icazəsiz müdaxilə ehtimalını aradan qaldırır: yəni zərərli kod komponentlərdən birinə daxil olsa belə, sistemdə onun funksionallığı təmin edilmədiyi üçün nəqliyyat vasitəsinin işinə təsir göstərə bilməyəcəkdir.

Bundan əlavə, AUTOSAR konsorsiumu ilə tərəfdaşlıq çərçivəsində Kaspersky yeni, Kaspersky Automotive Adaptive Platform adlanan SDK (Software Development Kit) alətlər dəstini hazırlayıb. Onun köməyilə avtomatlaşdırılmış və pilotsuz nəqliyyat vasitələri üçün proqramlar, məsələn, sistemin monitorinqi üçün proqram təminatı, yaratmaq olar. Kitabxanalar dəsti də AUTOSAR Adaptive arxitekturasının tələblərinə cavab verən və əlavə dəyişiklik etmədən KasperskyOS-la işləməyə imkan verən üçüncü tərəf proqram təminatının quraşdırılmasına imkan verir.

“Söhbət avtonom idarəetmə funksiyaları olan avtomobillərə gəldikdə, sürücülərin, sərnişinlərin və piyadaların təhlükəsizliyi ön plana çıxır. Daxili təhlükəsizlik sistemi olan KasperskyOS, bəyan olunmamış kod komponentlərinin çağırılması və ya üçüncü tərəf tətbiqləri vasitəsilə sistem idarəsinin ələ keçirilməsini əngəlləyəcəkdir. Biz AVL SFR ilə əməkdaşlıq etməkdən məmnunuq və onlarla birlikdə həm funksional, həm də informasiya təhlükəsizliyini təmin edən bir sistem yaratmaqdan qürur duyuruq," deyə KasperskyOS-un biznesin inkişafı üzrə direktoru Qriqori Sizov bildirib.

“ADAS ECU kimi yüksək performanslı kontrollerlər tərəfindən yerinə yetirilən mürəkkəb funksiyalar əməliyyat sistemi səviyyəsində qorunmalıdır. KasperskyOS ilə inteqrasiya, nəzarət kanallarının təhlükəsizliyinə, mövcudluğuna, məxfiliyinə və etibarlılığına lazımi etimad səviyyəsini təmin etməyə imkan verir," AVL Software and Functions GmbH şirkətinin Funksional Təhlükəsizlik və Kibertəhlükəsizlik üzrə rəhbəri Dirk Qeyer vurğulayıb.

Birinci dərəcəli tədarükçülər və istehsalçılar prototiplərin layihələndirilməsi üçün artıq ADAS ECU-dan istifadə edə bilərlər.
Kaspersky Automotive Adaptive haqqında daha çox məlumat buradan əldə edə bilərsiniz: os.kaspersky.ru/media/Kaspersky-Automotive-Adaptive-Platform-Ru.pdf.

AVL Software and Functions GmbH haqqında

Sərnişin və yük maşınlarının mühərrik və sürətlər qutusunda tətbiq olunan texnologiyaların hazırlanması, modelləşdirilməsi və sınağı ilə məşğul olan dünyanın ən böyük müstəqil şirkətidir. Şirkət, yanacağa qənaət, performansın optimallaşdırılması, avtomobil sənayesində çirkləndiricilərin minimuma endirilməsi, funksional təhlükəsizlik və kiber təhlükəsizlik üçün tətbiqetmələrin səmərəliliyinin artırılması, habelə rəqəmsal xidmətlər üzrə texnologiyalara diqqət yetirir. Daha çox məlumatı www.avl-functions.com saytından əldə edə bilərsiniz.

Kaspersky haqqında

Kaspersky Laboratoriyası 1997-ci ildən bəri informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və uzun illərə dayanan təcrübəsi, biznesin, yüksək əhəmiyyətli infrastrukturun, dövlət qurumlarının və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil qoruyucu həllər və xidmətlərin mərkəzində dayanır. Kaspersky-nin hərtərəfli portfelində istifadə zəncirinin son cihazlarını qorumaq üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kiber təhdidlərlə mübarizə aparmaq üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər mövcuddur. Kaspersky texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçi və 250 min korporativ müştərini qoruyur. Daha çox məlumatı www.kaspersky.ru saytından əldə edə bilərsiniz.
Xəbəri paylaş