Newscenter.az.30.06.2020. Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.
Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.
1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.