Newscenter.az.2.07.2020. Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə onlayn görüş keçirilib. Newscenter.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən görüşdə Nizami rayonu məktəblərində çalışan GÇH rəhbərləri iştirak ediblər.
Onlayn görüşdə məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlər barədə hesabatlar dinlənilib.
Həmçinin görüş zamanı tədris ilinin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, pandemiya dövründə müəllimlərin fəaliyyəti müzakirə olunub və onları maraqlandıran müvafiq məsələlərə aydınlıq gətirilib.
Onlayn görüş zamanı tədris ili ərzində GÇH rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər müzakirə olunub və onlara müvafiq tövsiyələr verilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı evdə qalan şagirdlərin fiziki fəallığını artırmaq, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə mütəmadi olaraq görülən işlərin müzakirəsi və qiymətləndirilməsi aparılıb.
Görüşdə ötən illə müqayisədə bu il şagirdlərin hərbi məktəblərə sənəd qəbulunda artım müşahidə olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, onlayn görüşlər paytaxtın bütün rayonları üzrə ümumi təhsil məktəblərində çalışan GÇH rəhbərlərini əhatə edəcək.
R.Mehdiyeva