Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Məmmədov: "Özümüzü və yaxınlarımızı qoruyaq"



Newscenter.az.5.07.2020. Son günlər koronavirus (COVID-19) xəstəliyinin geniş yayılması ilə bağlı həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bütün xəbərdarlıqlara baxmayaraq vətəndaşların böyük əksəriyyəti əməl etsə də, hələ də bəzi insanlar sərt karantin rejiminin qaydalarına əməl etmir, özlərini və yaxınlarını təhlükəyə atırlar.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hələ də küçələrdə zərurət olmadan gəzən, maskasız hərəkət edən insanları görürük:

"Reallıq isə ondan ibarətdir ki, virusa yoluxanların və bu səbədən dünyasını dəyişənlərin sayı sürətlə artır. Məlum olduğu kimi, virus daha çox insanların sıx toplaşdığı yerlərdə yayılır. Son təhlillər də göstərir ki, xüsusilə yas mərasimlərinə toplaşan insanlarda sonradan virusa tutulanlar xeyli çoxdur. Bu barədə aidiyyəti strukturlar son günlər dəfələrlə açıqlama veriblər".

Deputat qeyd edib ki, bütün xəbərdarlıqlara baxmayaraq yenə də bəzi insanlar yas mərasimlərində bir araya gəlir və bir-birilərini yoluxdururlar:

"Bu yaxınlarda dostlarımdan biri qara bayram keçirmək məqəsədilə rayonlardan birində bir araya toplaşan insanlardan danışdı. Qısa müddətdə bu tədbirə toplaşan insanların böyük əksəriyyətinin virusa yoluxduğu və çoxlu sayda insanın dünyasını dəyişdiyini bildirdi.
Türkiyədə də bu yaxınlarda yas mərasiminə toplaşan çoxlu sayda insanın qısa müddətdə virusa yoluxduğu barədə xəbərlər yayıldı. Son günlər bu səpkidə xəbərlər artmaqdadır".

Ceyhun Məmmədovun sözlərinə görə, insanlar adət ediblər ki, yas mərasimlərini bir yerə toplaşaraq keçirsinlər:

"Dünən Şəmkir rayonunda da belə bir hadisənin baş verməsi xəbərini oxuduq. İnsanları anlamağa çalışırıq. Ancaq reallıq ondan ibarətdir ki, məlum vəziyyətlə bağlı bir müddət belə mərasimlərin kütləvi təşkilindən qəti imtina etməliyik. Əks halda bir-birimizi yoluxdurmaqda davam edəcəyik. Bununla bağlı aidiyyəti strukturlar dəfələrlə xəbərdarlıq ediblər. Əziz həmvətənlər gəlin karantin qaydalarına tam əməl edək. Özümüzü və yaxınlarımızı qoruyaq. Mətbuat nümayəndələrindən yaymaq rica olunur".

Anar
Xəbəri paylaş