Newscenter.az.9.07.2020. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.
AÇG-dən 512,6 milyon ton, “Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu ilin yanvar-iyun aylarında AÇG-dən 12,2 mln ton neft, “Şahdəniz”dən 1,9 mln ton (kondensat) hasil olunub.