Yardımlıda 15 tondan çox narkotik bitki məhv edildi
Tarix: 9-07-2020, 13:15
Newscenter.az.9.07.2020. Yardımlı rayonunda çətənə kolu aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1 550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kq çəkidə 38 750 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.