Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müxalifəti Paşinyana qarşı birləşir



Newscenter.az.10.07.2020. “Ermənistanda Nikol Paşinyana qarşı Vətən Partiyasının sədri, sabiq DTK sədri A. Vanatesyan yeni siyasi cəbhə formalaşdırır. Həmçinin Qarabağ klanını R. Koçaryan və S. Sarkisyan toparlamağa çalışır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda konustitusiya dəyişikliyindən sonra, Paşinyan hakimiyyəti əlində cəmləşdirsə də, tam nəzarəti ələ ala bilmir:

“Ermənistan müxalifəti payız aylarında birləşib, Paşinyana qarşı mintinqlər və oturaq aksiyalar keçirməyi planlayır. Burada proseslər Yerevandakı Rusiya səfriliyindən idarə edilir. Paşinyan inqilab etdiyi zaman ABŞ səfirliyi qərargah funksiyasını həyata keçiridisə, indi isə, əks-inqilab qərargah funksiyasını Rusiya səfirliyi reallaşdırır. Ona görə də baş verənlərdən Paşinyan xəbərdar olduğu üçün Rusiyaya qarşı siyasi isteriyanı inkişaf etdirir. Ölkənin inkişafına əngəl kimi Rusiyanı göstərir”.

Politoloq deyib ki, Ermənistanda siyasi vəziyyətin mürəkkəb olacağı gözlənilir:

“Paşinyan daxili auditoriyanı əldə saxlamaq üçün cəbhə xəttində və sərhəddə təxribatlara gedə bilər. Azərbaycan Ermənistandakı prosesləri izləməli, beynəlxalq müstəvidə Qarabağla bağlı diplomatik gedişləri artırmalı, müharibə haqqımızı qəbul etdirməlidir. Həmçinin danışıqların bundan sonra, əhəmiyyətsiz olduğunu göstərməlidir. Məhz prezident İlham Əliyev danışıqlardan heç bir nəticə gözləmədiyini vurğuladı. Çünki, Ermənistanda vəziyyət nəticəyə yönəlmiş sülh danışıqlarının davam etdirilməsini istisna edir. Ona görə də Azərbaycan cəbhə xəttində işğalçıya zərbələr endirməlidir”.

Politoloq qeyd edib ki, Qarabağdakı separatçı rejimə Ermənistan maliyyə ayırmaqda çətinlik çəkir:

“Buradakı cinayətkar qruplar problemi Paşinyanda görür. Onların yenidən R. Koçaryan və S. Sarkisyana dəstək verməsi reallaşa bilər. Bu da Paşinyan üçün ciddi siyasi problemə çevriləcək”.

Mehman
Xəbəri paylaş