Newscenter.az.10.07.2020. Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 557 nəfər artaraq 30 903-ə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.
Eyni zamanda, son bir gündə Ermənistanda 11 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 557-yə yüksəlib.
Qeyd olunub ki, virusa yoluxan 18 709 pasiyent sağalıb. Hazırda 11 471 nəfər infeksiyadan müalicə olunur.