Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün ilk virtual təqdimatı keçirilib



Newscenter.az.10.07.2020. Bu gün Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün “Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirilib. Newscenter.az-a BMT-nin Bakı ofisindən bilirilib ki, bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, İDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır.

Mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və Azərsu'ya birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır.

Mobil tətbiqdə həmçinin təhsil komponenti var – buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir.

Mobil tətbiq, Instagram, Facebook, Twitter, WhatApp kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün “Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim edəcəkdir.
Mobil tətbiqin tamamlanmış beta versiyasının 2020-ci il avqust ayının sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir.

Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcəkdir

Sevinc
Xəbəri paylaş