Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mövcud su qıtlığı şəraitində pambıq əkinlərinin suvarma problemləri və onların həlli yolları” mövzusunda videokonfrans keçirilib



Newscenter.az.10.07.2020. “Mövcud su qıtlığı şəraitində cari ildə pambıq əkinlərinin suvarma problemləri və onların həlli yolları” mövzusunda videokonfrans formatında müşavirə keçirilib.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, müşavirədə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də hər iki qurumun aidiyyəti struktur rəhbərləri, pambıq istehsalı ilə məşğul olan beş aparıcı şirkətinin rəhbəri, pambıq istehsalı üzrə ixtisaslaşan 20 rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktoru və suvarma idarələrinin rəhbərləri iştirak edib.

Müşavirədə ölkədə yaşanan su qıtlığının suvarmada yaratdığı problemlər, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış müvafiq Komissiyanın indiyədək gördüyü və planlaşdırılan işlər barədə iştirakçılara geniş məlumat verilib.

Pambıqçılıq sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri və müvafiq DAİM direktorlarının mövcud şəraitdə pambıq əkinlərinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev mövcud su qıtlığı şəraitində su resurslarının səmərəli istifadəsi ilə bağlı tətbiq olunan qrafiklər barədə məlumat verilib və qaldırlan məsələlərin həllinə dair müzakirələr aparılıb.

Sonda hər iki qurumun rəhbərliyi tərəfindən problemlərin həlli istiqamətində tabeli təşkilatlara tapşırıqlar verilib.

Orxan
Xəbəri paylaş