Newscenter.az.10.07.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub.
Newscenter.az xəbər verir ki, müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I-VIII sinif şagirdləri arasında təşkil olunub.
Müsabiqənin nəticələrinə əsasən, 274 nömrəli tam orta məktəbin şagirdi Fəqan Xəlilli I, 288 nömrəli tam orta məktəbin şagirdi Fatimə Şükürzadə II və 220 nömrəli məktəb-liseyin şagirdi Zəhra Abdulalı III yerin sahibi olublar.
Müsabiqədə fərqlənən 15 iştirakçı-3 nömrəli tam orta məktəbin şagirdi Azər Məmmədli, 20 nömrəli məktəb-liseyin şagirdi Fatimə Abdullazadə, 30 nömrəli tam orta məktəbin şagirdi Əyyub Ramazanov, 34 nömrəli tam orta məktəbin şagirdi Aysu Bayramova, 71 nömrəli tam orta məktəbin şagirdi Melisa Sərsəm, 78 nömrəli tam orta məktəbin şagirdi Selcan Baxşıyeva, 81 nömrəli tam orta məktəbin şagirdi Sara Qurbanova, 125 nömrəli tam orta məktəbin şagirdi Validə İmamvəliyeva, 142 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Abbasova, 191 nömrəli tam orta məktəbin şagirdi İbrahim Quliyev, 232 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Məmmədli və Emin Gülməmmədzadə, 234 nömrəli tam orta məktəbin şagirdi Nəsrin Şəfiyeva və 274 nömrəli tam orta məktəbin şagirdləri Sevinc Şıxova və Nurcan Nurəliyeva isə "Tərifnamə"yə layiq görülüblər.
Qeyd edək ki, “Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa kateqoriyası üzrə onlayn təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam edən müsabiqənin solo ifa kateqoriyası üzrə ümumilikdə 150 iş təqdim edilib.
Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri aşkar etmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, bu istiqamətdə aparılan işləri daha da inkişaf etdirməkdən ibarətdir.
R.Mehdiyeva