Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin saray çevrilişindən sığortalanmayıb

Putin saray çevrilişindən sığortalanmayıb


Newscenter.az.10.07.2020. “Rusiyada keçirilən konistitusiya referendumu təkcə Putinin hakimiyyətdə qalması deyil, bu ölkənin postsovet ölkələrinə qarşı təzyiqlərinin müəyyən mərhələdə həyata keçirilməsinə zəmin yaradır. Vladimir Putin formalşan yeni dünya nizamında Rusiyanın mövqeyini gücləndirmək, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanı öz nəzarətinə almaq istəyir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, formalşacaq yeni dünya nizamımda təsir regionlarının formalşadırılmasında Rusiyanın da rol almasını planlayır:

“Təsir zonalarının əldə edilməsi üçün Çin, ABŞ və Avropa dövlətləri, xüsusilə Böyük Britaniya, Fransa və Almaniya , həmçinin Türkiyə fəal siyasət aparırlar. Putin çalışır ki, Qərblə müxtəlif regionlarda qarşıdurma yaratamqla, MDB məkanını öz təsir dairəsinə almaq üçün bu ölkələrin razılığını alsın. Məhz Putinin SSRİ-nin bərpası və bu kimi çıxışları bu ssenariyə əsaslanır”.

Politoloq deyib ki, yeni dünya siyasi konfiqurasiyasında Rusiyanın buna nail olacağı polemikadır:

“ABŞ başda olmaqla, Avropa dövlətləri Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı öz nəzarətinə almasına imkan verməyəcəklər. Rusiya prezidenti bunu hərbi yolla həll etməyə çalışarsa, bu yeni müharibəyə səbəb ola bilər. Nəticədə Rusiyanln parçalanamsına gətirə bilər. Ümumiyyətlə V. Putinin həyata keçirdiyi siyasit beynəlxalq münasibətlər sistemini təhdid etməklə yanaşı, Azərbaycan daxil olmaqla, qonşu ölkələrin təhlükəsizliyini təhdid edir. Azərbaycan öz təhülkəsilziyini möhkəmləndirmək üçün ilk növbədə Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirməli və müqavilələr bağlamalıdır. Qeyd edim ki, Rusiya siyasi-hərbi elitasında Putinin istefaya göndərilməsi mümkün ola bilər. Sabiq prezident Boris Yeltsin məhz siyasi-hərbi elitanın təzyiqləri nəticəsində istefaya getdi. Bu, Saray çevrilişi idi. Hakimiyyətdə olan demokratları, hərbi elita əvəzlədi. Məhz Putin də eyni ssenariyə məruz qalmamaq üçün Rusiya generalitet sistemində təmizləmələr aparır. Amma, bu heç də onun hakimiyyətinin qorunmasına zəmin yaratmır. V. Putin Saray çevrilişindən heç də sığortalanmayıb. Onun apardığı siyasət daxili narazılıqları tətikləyəcək. 2024 -cü ildə Rusiyada gözənilən prezident seçkiləri heç də Putinin istədiyi kimi baş tutmaya bilər”.

Mehman
Xəbəri paylaş