Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu

Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu


Newscenter.az.11.07.2020. Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha bir maarifləndirici videoçarx hazırlanıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "ZiraatBank Azərbaycan" və "Times consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Videoçarxın əsas çağırışı “Biz Birlikdə Güclüyük” şüarıdır.

Videoçarxla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Zaur
https://we.tl/t-JEJLjXXezX
Xəbəri paylaş