Newscenter.az.14.07.2020. “Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarına qarşı Azərbaycana dəstək verən Türkiyə, Ukrayna və İrandı. Təəssüf ki, Gürcüstanın mövqeyi ikibaşlı və strateji tərəfdaşlığıa zidd bir mövqe oldu”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Gürcüstan prezidenti və hökuməti bir daha bu bəyanatla sübut etdilər ki, Kremlin sifarişi ilə hərəkət edirlər:
“Rəsmi Tiflisin bu mövqeyi Kremllə razılaşdırılıb. Gürcüstan prezidenti S. Zurabaşvili Azərbaycanla sərhəd təxribatı yaradan şəxsdi və onun Azərbaycana qarşı düşmənçiliyi bir daha sübut edildi. Gürcüstanın bu açıqlaması, dostluğa və qarşılıqllı etimada zərbədir. Sabah Gürcüstana qarşı, bu müharibənin də başlaması istisna deyil. Amma, Azərbaycan həmişə olduğu kimi, dost gürcü xalqına dəstək verəcək. Gürcüstan hakimiyyətinin bu mövqeyi öz xalıqna qarşıdır. Türkiyə və Ukraynanın Azərbaycana tam dəstəyi təbiidir. Hər iki ölkəni birləşdirən siyasi dəyərlər mövcuddur. İranın mövqeyinə gəldikdə isə, İran regionda geosiyasi tarazlıqdan narahatdır. Ona görə də Azərbaycana dəstək verdi. Azərbaycana qarşı daima mənfi siyasət sərgiləyən Vazeinin dili ilə ərazi bütövlüyümüz İranın strateji xətti olduğu vurğulandı. Əlbəttə ki, bu önəmli dəstəkdir. Biz belə dəstəyi Gürcüstandan gözləyirdik, Amma İrandan dəstək gəldi. Görünür, İran praqmatik siyasət ortaya qoyub və Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Politoloqun qənaətincə, bir neçə ildir ki, Azərbaycanın Qərb qapısında təxribatlar həyata keçirilir:
“Ötən il Gürcüstan prezidenti Kilsə məsələsini ortaya atmaqla, bu təxribatlara getdi. Bu təxribatların arxasında duranlar onu bacara bilmədilər. İndi isə, Ermənistan dövriyyəyə girib”.
Mehman