Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sistemini müasir tələblərə uyğun olaraq təkmilləşdirib



Newscenter.az.16.07.2020. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində AQTA tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sistemi müasir tələblərə uyğun olaraq təkmilləşdirilib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri və obyektləri, habelə qida məhsullarının istehsalı və ticarət axınları üzrə məlumat bazasının yaradılmasına xidmət edən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) yeni versiyası yaradılıb. Qida subyekt və obyektləri sistemdə qeydiyyatdan keçirilib və hədəflərə nail olunub. Bundan başqa qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sistemi formalaşdırılıb. AQTİS sistemində qida subyektləri və obyektlərinin risk göstəriciləri ilə bağlı vahid məlumat bazası yaradılıb. AQTİS sistemində qeydiyyatdan keçirilmiş obyekt və subyektlər üzrə risk qiymətləndirilmələri aparılıb. Yeni sistemdə müvafiq əməliyyatlar avtomatlaşdırılmış formada icra olunur.
Xəbəri paylaş