Newscenter.az.16.07.2020. Azərbaycan Müdafiə Nazirliyi düşmənin daha bir məlumatını təkzib edib.
"Report" xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinin yalan olduğunu bildirib.
"Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin", - MN rəsmisi vurğulayıb.