Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb



Newscenter.az.16.07.2020. "Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir. Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb ki, həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır", V.Dərgahlı bildirib.
Xəbəri paylaş