Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Dərgahlı: "Azərbaycana məxsus 13 PUA-nın vurulması xəbəri yalandır"



Newscenter.az.16.07.2020. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

V.Dərgahlı "Report"a açıqlamasında deyib ki, bu, yanlış məlumatdır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur", - nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb.
Xəbəri paylaş