Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Döyüşlərdə erməni tərəfindən 100-ə yaxın hərbiçi ölüb



Newscenter.az.17.07.2020. Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin guya 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini təxribata uymamağa, Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq.
Xəbəri paylaş