Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 140 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib



Newscenter.az.21.07.2020. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 20.07.2020-ci il saat 00:00-dan 21.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 039 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 101 nəfər olmaqla ümumilikdə 1 140 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 50-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 340 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Xəbəri paylaş