Newscenter.az.21.07.2020. Cari il, yanvar ayının 1-dən iyul ayının 1-dək olan müddətdə Azəri-Çıraq-Günəşli yatağından 2 206 mln. ABŞ dolları gəlir əldə edilib.
Bu barədə məlumat Newscenter.az-a Dövlət Neft Fondundan daxil olub. Bildirilib ki, hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) isə əldə edilən gəlirlərin miqdarı 197 mln. ABŞ dolları təşkil edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə131 mln. ABŞ dolları olub.
Sevinc