Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin köməkçisindən Metsamor AES-lə bağlı açıqlama



Newscenter.az.21.07.2020. “Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Amma bununla yanaşı Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları qeyd etmək istərdim. Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”, o bildirib. H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərinin hədəfə alınacağı xarakter daşıyan açıqlamalar verilib: “Bütün bunlar bilavasitə Ermənistan hərbiu rəhbərliyinin açıq niyyətinin göstəricisidir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması kimi siyasəti yoxdur”.
Xəbəri paylaş