Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır

Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır


Newscenter.az.21.07.2020. Serbiya Respublikasının Azərbaycanla yaxın müttəfiqlik münasibətləri fonunda, həm də işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıq etməsi həqiqətən də nonsensdir. Özünə az-çox hörmət edən heç bir ölkə bu cür riyakar və ikibaşlı diplomatic siyasət yürütməz.

Bəs görəsən, təcavüzkar ölkənin daha da şirnikləndirilməsinə xidmət edən bu cür əməkdaşlığa maraq göstərməklə Serbiya hansı məqsədi güdür?Bu əməkdaşlığın arxasında hansı motivlər dayanır?

İlk növbədə silah satışından əldə edilən gəlir əsas rol oynaya bilər. Yəni ki, hesab etmək olar ki, yəqin ki, Serbiya öz iqtisadi maraqlarına görə belə bir addım atıb.

Bu məsələdə rəsmi Belqradın mövqeyinə təsir edən digər bir amil erməni diasporasının oynadığı rol ola bilər. Erməni diasporası Serbiyada kifayət qədər güclü mövqelərə malikdir.

Xristian həmrəyliyi və təəssübkeşliyi də həlledici faktorlardan biri sayıla bilər. Ola bilsin ki, məhz bu səbəbdən Serbiya dövləti işğalçı dövlət olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə göz yumur.

Lakin bütün hallarda Serbiya bunu etməməliydi. Çünki Azərbaycan bu ölkənin ən kritik məqamlarında Serbiyaya, serb xalqına hər mənada dəstək olub, kömək edib. Ancaq Serbiyanın bu hərəkəti isə Azərbaycan torpaqlarının işğalının daha da uzadılması üçün əlverişli şərait yaradır.

Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır. Çünki Serbiya özü də separatçılıqdan, bölücülükdən əziyyət çəkən ölkələr sırasındadır. Belə olduğu təqdirdə, bu ölkənin separatçılığı, beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə ilə (Ermənistanla) birgə silah qaçaqmalçılığına təşəbbüs göstərməsi heç cürə anlaşılan deyil. Odur ki, rəsmi Bakının Ermənistana böyük həcmdə silah-sursatın göndərilməsi ilə bağlı Serbiyadan izahat istəməsi tamamilə doğru addımdır. Zənnimcə, Azərbaycanın bu cür prinsipial mövqeyindən sonra rəsmi Belqrad işğalçı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın ilk növbədə Serbiyanın özünün gələcək milli maraqlarının əleyhinə olduğunu başa düşəcək.

Biz bütün hallarda Serbiyanın bu addımını pisləyir və bu ölkə əməkdaşlığımızın şərtlərini yenidən gözdən keçirilməsini zəruri hesab edirik.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş