Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Faşizmə göz yummaqla onu dəstəkləmək arasında elə də böyük fərq yoxdur



Newscenter.az.24.07.2020. Tovuz istiqamətində gedən döyüşlərdən sonra faşist ideologiyasının quluna çevrilən ermənilər dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı terrror xarakterli hücumlara cəhd etməklə öz acizliklərini nümayiş etdirmiş oldular.

Faşizmin əsarətinə düşən erməni xalqına özünü "qalib” kimi sırıyan Ermənistan rəhbərliyi bu gün acınacaqlı vəziyyətdədir. Bu məğlub "qaliblər” dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdəndir. Bacarmırlar, döymədikləri qapı, əl açmadıqları ünvan qalmayıb. Amma yenə də ksenofob, irqçi və faşist mahiyyətlərini də açıq nümayiş etdirməkdən çəkinmirlər. Ermənilər həmişə zərbəni arxadan vurublar, kiminsə əli ilə qətliam törədiblər.

Erməni diasporu son günlərdə sərhəddə gedən döyüşlərdəki məğlubiyyətin acısını, həmvətənlərimizin erməni faşizminə qarşı etiraza qalxmasını İrəvandan aldığı tapşırıqlar əsasında dinc azərbaycanlılara qarşı hücumlara keçməklə unutmaq niyyətinə düşüb. Belə olan halda isə buna barbarlıqdan başqa ad vermək olmaz. Mənfur düşmən öz diasporu vasitəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə qarşı təxribatçı əməllər törədərək, aksiya iştirakçılarına fiziki güc tətbiq edib, onlara xəsarətlər yetirib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını kobud şəkildə pozublar.

Əfsuslar olsun ki, işğalçı Ermənistana verilən bu lal dəstəyin nəticəsidir ki, pandemiyanın tüğyan etdiyi bir zamanda erməni faşistləri bir neçə gün əvvəl Tovuz rayonunda mövqelərimizə hücuma keçdikdən sonra törətdikləri təxribatı həmişəki arsızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa cəhd etdilər. Lakin layiqli cavablarını da aldılar. Eyni zamanda ölkəmizdə insanlar erməni faşizminə etiraza qalxdı, ölüm-dirim savaşına hazır olduğunu bildirdi. Dünya birliyi anlamalıdır ki, faşizmə göz yummaqla onu dəstəkləmək arasında elə də böyük fərq yoxdur. Faşizm isə ən qorxulu virusdan daha sürətlə yayılmaq gücünə malikdir.

25 ildən çoxdur davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsidir. Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik inkişafı sarsıdır, insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Odur ki, insanların hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş