Newscenter.az.25.07.2020. İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.