Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danışıqların bərpası nəyisə dəyişməyəcək



Newscenter.az.25.07.2020. “Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasını keçirərək, Ermənistan və Azərbaycan sərhədində baş verənlərlə bağlı qeyd etdikləri əsasən Türkiyəyə mesaj idi. Çünki Türkiyə prezidenti R. Ərdoğan Təhlükəsizlik Şurasının iclasında konkret mövqe ortaya qoyaraq Azərbaycanın yanında olduğunu və Cənubi Qafqazla bağlı mesajlarını verdi. Moskva təbii ki, buna cavab olaraq həm Təhlükəsizlik Şurasının iclasını keçirdi, həm də ordunu təlimlərə çıxardı”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Rusiya rəsmən neytral mövqedə dayanmaqla Azərbaycanla münasibətləri pisləşdirməməyə çalışdı:

“Baxmayaraq ki, bu təxribatların arxasında Kreml özü dururdu. Ümumiyyətlə, Rusiyanın mövqeyində maksimalist dəyişiklik olmayacaq. Kreml danışıqların bərpası ilə növbəti status-kvonun qorunub saxlanılmasnda maraqlıdır. Qeyd edim ki, Rusiya prezidenti V.Putin Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilər. Amma, o erməni baş nazir Nikol Paşinyanla bir araya gəlmək istəmir. Danışıqların bərpası nəyisə dəyişməyəcək. Türkiyə və Rusiya arasında növbəti Qarabağ danışıqlarının keçirilməsi zəruridir. İlk növbədə Türkiyə gərək Naxçıvanda öz hərbi bazasını qursun”.
Xəbəri paylaş