Newscenter.az.25.07.2020. Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik meyilləri, çağırışları açıq şəkildə özünü ifadə edir. Xüsusilə, son hadisələr və Tovuz istiqamətində törətdikləri təxribata layiqli cavab almaları düşmən ölkədə Ankara və Bakıya qarşı düşmənçilik hisslərini daha da artırıb.
Newscenter.az-ın İqdır Azərbaycan Dərnəyinin sədri Sərdar Ünsala istinadən verdiyi xəbərə görə, Ermənistanda türk düşmənliyi bu dəfə Gümrü şəhərinin küçələrində aydın şəkildə müşahidə edilib. Belə ki, Gümrüdəki küçələrin asfalt örtüyünə, insanların daha çox hərəkət etdiyi ərazilərdə səkilərə Azərbaycan və Türkiyə bayraqları həkk edilib və ermənilər qisas alırmış kimi davranışlarla iki qardaş ölkənin bayraqlarını tapdalayıblar. Həmçinin Gümrüdəki zibil qutularına da Azərbaycan bayrağı əks edilib.
Mehman