Newscenter.az.29.07.2020. ABŞ-ın Ticarət Departamentinin təşkilatçılığı ilə Avrasiya qitəsində infrastruktur layihələr, özəl sektor və Beynəlxalq maliyyə institutlarının fəaliyyəti və Ticarət assosiasiyalarının roluna dair onlayn konfrans təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ Ticarət Departamentinin Rusiya, Ukrayna və Avrasiya Ofisinin əməkdaşı Qaret Mitçelin moderatorluğu ilə baş tutan paneldə ABŞ Ticarət Xidmətinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) London qərargahında baş ticarət mütəxəssisi Canel Veyek, xidmətin Asiya İnkişaf Bankının Manila qərargahında baş ticarət mütəxəssisi Mark Oqardi, ABŞ-ın “Amsted Rail” şirkətinin Rusiya ofisinin direktor müavini Met London və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak edib.