Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva Türkiyə reallığını qəbul etmək məcburiyyətindədir



Newscenter.az.29.07.2020. “Ermənistanın Tovuz təxribatı Cənubi Qafqazda yeni geoasiyasi nizamın formalaşmasına səbəb olmaqla, Türkiyənin regionda möhkəmlənməsinə gətirəcək”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, məhz Azərbaycana qarşı yönələn bu təxribatlarda, Türkiyə daha da aktiv şəkildə Azərbaycanı dəstəkləməklə, regionda çoxdan möhkəmlənmək planını reallaşdırmağa başladı:

“Əlbəttə ki, regionda baş verən siyasi-hərbi qarşıdurmanın arxa fonunda Rusiya durmaqla, Azərbaycanın netf-qaz və nəqliyyat dəhlizinə Ermənistanın əli ilə nəzarət etməyə çalışırdı. Gürcüstan hakimiyyətinin Ermənistana silah və sursatların çatdırlamasında da Rusiya amili durudu və rəsmi Tiflisdə bu planda iştirak edirdi”. Politoloq deyib ki, Rusiyanın bu planını Türkiyə pozmaqla, öz ordusunu təlim adı ilə Azərbaycana göndərdi: “Qeyd edim ki, prezident R. T. Ərdoğan verdiyi mesajda bu təxribatların arxasında oyunçu olduğunu vurğulamişdı və baş verənlərə seyrçi qalmayacaqları mesajını vermişdi. Məhz Ankara böyük təhlükə və planların qarşısını almaq üçün Azərbaycanla ortaq hərbi təlimlərə strat vermiş oldu. Yoxsa, Türkiyə müstəqilliyimizdən bu günə kimi böyük miqyasda ayrı-ayrı rayonlarda qoşunların müxtəlif növ təlimlərini keçirməzdi. Bu təlimlər birbaşa Türkiyənin Azərbaycanın yanında olduğunu, həmçinin Rusiyanın keçirdiyi "Qafqaz 2020" təlimlərinə cavabıdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, quru qoşunları və avasiyanın iştirakı ilə keçirilən bu təlimlər regionda yeni siyasi-hərbi dönəmin başlanması deməkdir:

“Həmçinin bu Azərbaycanın siyasi hakimiyyətinin Türkiyə ilə sıx yaxınlaşmasının mesajıdır. Müəyyən oyunçular Azərbaycanın generalını şəhid etməklə, psixoloji üstünlük qazanmaq istədilər. Amma , bu olay bütün planların alt-üst edilməsi ilə , Türkiyənin Cənubi Qafazda möhkəmlənməsinə vəsilə oldu. Qeyd edim ki, bu təlimlərdən sonra, Türkiyə ordusunun müyyən hissəsi Azərbaycanda qala bilər. Türkiyə prezidenti və Rusiya dövlət başçısının Ermənistan -Azərbyacan münaqişəsi barədə telefon danışıqları göstərir ki, yeni gərginlik baş verə bilər. Rusiya ilə Türkiyə arasında Cənubi Qafqazda ciddi qarşıdurma gözlənilmir. Artıq, tərəflər arasında "S-400" Triumf raketlərinin satılması barədə razılıq əldə edilib. Moskva Türkiyə reallığını qəbul etmək məcburiyyətindədir”.


Mehman
Xəbəri paylaş