Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Atasının düşmənini dəstəkləyən "övladdan" nə gözləyəsən?



Newscenter.az.29.07.2020. Xarici ölkələrə sığınaraq öz doğma xalqına, Azərbaycana qarşı xəyanət yolunu tutmuş milli heysiyyatsızlar, satqınlar son günlərdə, Amerika və Avropada işğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə etiraz edən on minlərlə həmvətənlimizin aksiyasına qara yaxmaqla erməni xislələrini biruzə verdilər. ABŞ-da, Los Anceles şəhərində ermənilərin azərbaycanlılara qarşı zorakılıq və ağır şiddətlərini qınamaq əvəzinə, əksinə, erməni radikal qruplarına haqq qazandıran Sevinc Osmanqızı və onun kimilər isə bu hərəkətləri ilə dünya azərbaycanlılarının vətənpərvərlik aksiyasını ləkələməyə, Azərbyaycanın ucalan haqq səsini yanlış yola yozmağa, bu yolla ermənilərə və onları maliyyələşdirən lobbiyə xidmət göstərirlər.

“TV-qəhrəmanımız” – Sevinc Osmanqızı isə əsil “sülh quşu” kimi rol oynamaqdadır. Bu “xanım” qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir, deyir. Bu, Xocalıda minlərlə azərbaycanlını soyqırıma məruz qoymuş, 1 milyon insanı öz doğma ata-baba yurdundan didərgin salmış ermənilərin bu gün də davam edən işğalçılıq və terrorçuluq siyasətinə etiraz edən, haqq səsini ucaldan on minlərlə həmvətənlimizin milli mübarizəsinə kölgə salmaq deyilmi? Xaricdəki soydaşlarımızın həmrəyliyini, milli birliyini parçalamağa çəhd edən ermənilərə dəstək vermək deyilmi?

İnsan bu qədərmi şərəf və ləyaqətini ayaq altına salar?

Sevinc iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərimizi də unudur. Belə çıxır bu “qadın” atası Osman Mirzəyevin ermənilər tərəfindən qətlə yetirilməsini də “yaddan çıxarıb”. Yoxsa düşmən dəyirmanına bu qədər su tökməz.
Nəcabət adamın zatında olar. Zatı xarab olanın vay halına. Sevincin bioqrafiyası, “yaradıcılıq kitabçası” şəxsi həyatı kimi “rəngarəngdir”, rəngi və milləyyəti fərqli olan başqa insanlarla “zəngindir”. 2012-ci ildə ABŞ-a köçmək üçün hər vasitədən istifadə edib, atası Osman Mirzəyevin adı və nüfuzundan faydalanıb. Öz övladlarını hiylə, min bir fitnə-fəsadla öz valideynindən uzaqlaşdıran və ermənilərə xüsusi hüsnü-rəğbəti olan bir məxfi əcnəbinin, yadellinin qucağına qaçıran və anti-milli ruhda böyüdən bu qadıncığaz öz südünə-kökünə də xəyanət edir, atasının ruhuna xəyanət etməyi belə özünə rəva görüb. Bu insan ən müqaəddəs hissləri, milli-mənəvi dəyərləri tapdalyaraq doğma yuvasını, övladlarının isti ocağını bir xəfiyyəçinin qucağına satıb. Bu, nanəciblik, öz milli kökünə xəyanətdir, doğmalarını, Vətənini satmaqdır.
Azərbaycan xalqının milli adət-ənənələri var, Azərbaycan qadını abrı-isməti ilə nümunə olub. Sevinc isə abırsızlığı, siyasi və fiziki əxlaqsızlığı ilə ad çıxarıb. ABŞ-da oturduğu yerdə qərar tutandan sonra Azərbaycana qarşı düşmən mövqedə olanlarla dostlaşmağa başladı. Onu gah Azərbaycanı yataqda xarici xüsusi xidmətlərə satan qadın kimi təsvir edirlər, gah araqatan şivən ara qadını adlandırırlar, gah da kef məclislərində, bahalı ziyafətlərdə yer alan meşşan birisi kimi.

Bir el misalı var, əsli, nəcabəti olmayana qamçı neylər? Bu qadınçığaz bütün abrını-ismətini, milli qürurunu itirib ayaqlar altına atdıqdan sonra da danışmağa dil, efirə çıxmağa sifət tapa bilir. Görünür onun hər fəsildə sifət dəyişmək məharəti də varmış.
Sevinc özünə “oda-suya yaxaraq” “Tereza ana” obrazına girir, guya hamıya köməkilik etmək istəyir. Onun girmədiyi rol, obraz qalmayıb, hər birində də pis ifaçı təsiri bağışlayır. Onun intenet Tv-sinə çıxardığı və Azərbaycana qarşı açıq nifrət dolu fikirlər səsləndirən şəxslərə baxaq, ermənilərlə qanı qarşıqıq olan ramiz yunuslar, ələkbər raufoğlular, arif məmmədovlar, əli kərimlilər.

Oğrunun və satqının vətəni olmur. Sevinclər pula və yaxşı həyat tərzinə görə, bütün milli dəyərləri satmağa razıdırlar. Onun müxtəlif lobbilərin təlimatı ilə çalışmasına, yüksək qonorarın müqabilində ən şərəfsiz işlərə razı olduğuna şübhə yoxdur. Məlum xarici qüvvələrin Azərbaycanın inkişafını əngəlləmək, ölkə daxilində qeyri-sabitlik, dövlət rəhbərliyinə qarşı inamsızlıq mühiti yaratmaq planları heç kimə sirr deyil, xüsusilə də bu prosesdə Amerikadakı erməni maliyyə qruplarının canfəşanlığı hamıya bəllidir, ona görə də Sevinc kimi adamlardan fiziki bir vasitə kimi istifadə etmək onlar üçün əla fürsətdir.

Onun bu “əməyinin” müqabilində Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin ən prestijli məhəlləsində - Biscayne küçəsində zəngin mənzil hədiyyə edilib.

Sevinc sidq ürəklə, canla-başla, bütün fiziki qaməti ilə Azərbaycana düşmən olan dairələrə hərtərəfli qulluq göstir. Ona görə də belə pulların müqabilində öz xalqına hər cür yarlıq yapışdırmaqdadır. Guya Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur, insanlar əqidəsinə görə təqib olunur, “siyasi məhbuslar” və s. kimi cəfəngiyyatlar söyləməkdən heç utanmır da. Məqsəd ona verilən tapşırığa uyğun olaraq vətəndaşlarımızı iqtidara qarşı itaətsizlik göstərməyə sövq etməkdir. Ancaq bu qadıncığaz anlamır ki, milyonlarla azərbaycanlı ona nifrət etdiyi kimi, ondan ucuz vasitə kimi istifadə edən xarici qüvvələr də ona yaxşı baxmır, çünki öz millətinə və dövlətinə xəyanət edən hamıya satılmağa, xəyanət etməyə hazırdır. Satqınları isə heç kimi sevmir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş