Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Agentliyi su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub



Newscenter.az.30.07.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunda yaranan içməli su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, agentliyin xüsusi texnikaları vasitəsi ilə əhaliyə su qıtlığı yaranan ilk günlərdən içməli su daşınması təmin edilir.

Zərurət yaranacağı təqdirdə agentlik içməli su daşınması üçün əlavə texnikaların cəlb edilməsini təmin edəcək.

Anar
Xəbəri paylaş